Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
645

Parlaq, koloritli qadın obrazlarının mahir ifaçısı

Dekabrın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Prezident İlham Əliyevin Gülxar Həsənovanın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində reallaşıb.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan G.Həsənova Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə əlaqədardır. O, çalışdığı sənət ocağının səhnəsində bir-birindən parlaq, koloritli qadın obrazları yaradıb. Vurğulanıb ki, 1980-ci ildən teatrın məşqçi pedaqoqu olan sənətkarın ifasında bir sıra partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilib. G.Həsənovanın yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

G.Həsənovanın insani keyfiyyətlərindən söz açan V.Əliyev deyib ki, o, heç zaman sənət dostlarından bilik və bacarığını əsirgəməyib. Ona görə də G.Həsənova bu gün yaddaşlarda mahir bir sənətkar və gözəl insan kimi qalıb. Aktrisanın sənətinin bugünkü nəsil üçün örnək olduğunu deyən nazir müavini söyləyib ki, o, səsi və ifaçılıq xüsusiyyətləri ilə bu gün də qiymətləndirilir və xatırlanır.

“Bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin mühafizəsi və inkişafı, gənc nəsillərə və dünyaya təbliğ edilməsi ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülməkdədir. Mədəniyyət sahəsinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, imzalanan sərəncamlar ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlətimizin göstərdiyi qayğının əyani nümunəsidir. Bununla əlaqədar, cari ildə görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri təntənəli şəkildə qeyd edilib. Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus rolu olan, onu gənc nəslə təbliğ etdirərək sevdirmiş görkəmli incəsənət xadimlərindən biri də Gülxar Həsənovadır. Prezident İlham Əliyev sənətkarın 100 illiyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalayıb. Mədəniyyət Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb. İl ərzində görkəmli sənətkarın yubileyi ilə bağlı Bakıda və regionlarda silsilə tədbirlər keçirilib. Bugünkü tədbir Azərbaycan xalqının və dövlətinin Gülxar Həsənovanın xatirəsinə növbəti ehtiramadır. İnanırıq ki, Gülxar Həsənovanın adı milli musiqimizdəki əvəzolunmaz varlığını hər dövrdə qoruyub saxlayacaq, neçə-neçə sənətkarlar nəsli bundan sonra da onun zəngin təcrübəsindən faydalanaraq Azərbaycan musiqisinin inkişafına öz töhfəsini verəcək”, - deyə V.Əliyev vurğulayıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və digərləri çıxış edərək unudulmaz sənətkarın yaradıcılığından, onun incəsənətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Gecədə Gülxar Həsənovanın rol aldığı səhnə əsərlərindən fraqmentlər təqdim olunub, lent yazılarında qorunan öz ifasında mahnılar səslənidirilib.

Tədbir respublikanın tanınmış və gənc ifaçılarının konsert proqramı ilə davam edib.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla