Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3326

“Pazırık xalısı. Rəmzlər dünyası” kitabının təqdimatı olub

Martın 7-də Azərbaycan Xalça Muzeyində xalçaçı rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabının təqdimatı keçirilib.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın yaratdığı digər mədəni irs nümunələri kimi xalçaçılıq sənətinin inkişafı, eləcə də Azərbaycan xalçalarının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncamın icrası milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi yolunda böyük addım olacaq.

Vurğulanıb ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri sayəsində 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Əbülfəs Qarayev söyləyib: “Qədim tarixə malik Azərbaycan xalçaçılıq sənəti bu gün də öz ənənələrini davam etdirərək gələcək nəsillərə ötürülür. Xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biri kimi tarixən Azərbaycan xalqının həyatında, məişətində çox mühüm yer tutub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu ərsəyə gətirən insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Elə ona görə də xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Nazir qeyd edib ki, yeni çap olunan kitabda da yer alan və 2500 il tarixi olan Pazırık xalçası türk xalqlarının yaratdığı bir sənət nümunəsi kimi digər xalqlara güclü təsir edib. Kitabın əhəmiyyətini yüksək dəyərləndirən nazir bildirib ki, belə kitablar ingilis, fransız, eləcə də digər dillərə tərcümə olunaraq dünya ölkələrinə yayılmalıdır.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kitabın türk dünyasının xalça sənətinin öyrənilməsində qiymətli mənbə olduğunu deyib: “Pazırık xalçasının yaşı 2500 ilə bərabərdir və 1949-cu ildən tədqiq olunur. Müəllif bu tədqiqatda müxtəlif yanaşmaları nəzərə alaraq, bu xalının məhz türk xalqlarına məxsus olduğunu sübut edir. Bu kitab milli mədəni dəyərlərimizə, maddi irsimizə sahiblənmək istəyənlərə tutarlı bir cavabdır. Kitabda muzeyin bir neçə eksponatı da yer alır”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, böyük tarixə və zəngin mədəniyyətə sahib türk xalqlarının yaratdığı sənət nümunələrindən biri də xalçaçılıq sənətidir. Digər xalqlar zaman-zaman mədəni irs nümunələrimizə sahib çıxmağa çalışıblar. Bu mənada xalçaçılıq sənətimizdə bu cür hücumlardan yan keçməyib. Ona görə də bütün mədəni, mənəvi irsimizə həssaslıqla yanaşıb, onu araşdırıb, öyrənib dünyaya tanıtmalıyıq.

Akademik Teymur Bünyadov, Xalq rəssamları Ömər Eldarov və Ağəli İbrahimov çıxış edərək kitabın Azərbaycan xalçaçılıq sənətinin tarixi üçün qiymətli bir elmi əsər olduğunu diqqətə çatdırıblar.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən tədqiqatçı, xalçaçı rəssam Məmmədhüseyn Hüseynov müəllifi olduğu kitabda Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunduğunu qeyd edib. Vurğulayıb ki, dörd hissədən ibarət bu kitabda Pazırık xalısının tarixiliyi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırıb. Son səhifələrdə türk, rus və ingilis dillərində xülasə verilib. Kitabda türk xalqlarının xalça sənəti nümunələrindəki naxış və motivlərlə Pazırık xalısı elementlərinin arasındakı oxşar xüsusiyyətlərin incələnməsi müşahidə edilir.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib