16.04.2019 10:16
Biləsuvar rayon Mədəniyyət Mərkəzində "Pəncərə" studiyasının təqdim etdiyi "Ev tərbiyəsinin bir şəkli" tamaşası nümayiş olunub.
Tamaşa Nəcəf bəy Vəzirovun eyni adlı pyesi əsasında səhnəyə qoyulmuşdur. N.Vəzirovun 165 illiyi münasibətilə münasibəti ilə teatrın kollektivi məhz böyük dramaturqun yaradıcılığına müraciət etmişdir.
Tamaşanın quruluşçu rejissoru Teymur Quliyev, baş rejissoru Cahangir Məlik, aktyorlar Adil Əhmədov, Günel Mirzəyeva, Ruslan Tahirov və digərlərinin birgə yaradıcılığı N.Vəzirovun klassik əsərinə yeni həyat vermişdir.
Qeyd edək ki, teatrın səhnələşdirəcəyi yeni tamaşalarda Nəsiminin yaradıcılığına müraciət olunacaqdır.