Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2188

Polad Bülbüloğlunun "Eşq və Ölüm" baleti nümayiş olunacaq

Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun "Eşq və Ölüm" baleti nümayiş olunacaqdır.

Baletdə həyat və ölümdən, sevgi, dostluq və satqınlıqdan söhbət açılır. “Eşq və ölüm” baletinin süjeti YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanır. Əsərin baş qəhrəmanları Azər və Baycanın faciəli eşqi Azərbaycan dövlətinin adını təcəssüm etdirir.

Məlumat üçün bildirək ki, balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulmuş, Bakıdakı möhtəşəm premyerasından sonra Sankt-Peterburqun Mariinski Teatrında və Moskvada Böyük Teatrın səhnəsində uğurla nümayiş olunmuşdur. 2010-cu ildə "Eşq və Ölüm" baleti rusiyalı xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuşdu. Həmin quruluş 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada  nümayiş olunmuşdu.

Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və başqaları çıxış edəcəklər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi