Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2311

Polşanın Krakov şəhərində akademik Yusuf Məmmədəliyevin barelyefinin təntənəli açılışı mərasimi keçirilmişdir

Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşa Respublikasındakı səfirliyinin dəstəyi ilə görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin təhsil müəssisəsinin ərazisində 2019-cu il 24 aprel tarixində Y.Məmmədəliyevə həsr olunmuş barelyefin təntənəli açılışı mərasimi keçirilmişdir.

Mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov,  Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriyasının rəhbəri, professor, Y.H. Məmmədəliyevin Memorial Muzeyinin direktoru Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak etmişlər.

Tədbirin birinci hissəsində Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məqsəd və məramı haqqında məlumat verdi. Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına danışdı. Vüqar Baxışov Nazirliyin rəhbərliyinin salamlarını Akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim etmişdir. Reyhan Əliyeva tədbirdə akademik Y. Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və hüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışdı. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olundu.

Tədbirin ikinci hissəsində Akademiyanın Kimya fakültəsinin korpusunda Y. Məmmədəliyevin barelyefin rəsmi açılış mərasimi həyata keçirildi və barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyuldu. Eyni zamanda Kimya fakültəsinin tələbələrinin bir qrupu, o cümlədən burada təhsil alan bir Azərbaycan tələbəsi iştirak etmişdir.

Əlavə olaraq qeyd olunmalıdır ki, akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabçalar və onun həyat və yaradıcılığını əks etdirən bukletlər mərasim iştirakçılarına paylanmış, habelə xeyli sayda nüsxə Akademiyanın kitabxanasına bağışlanmışdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi