Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1351

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu, onun hələ əvvəlki dövrlərdə Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduzu”na da layiq görüldüyünü vurğuladı. Dövlətimizin başçısı 1-ci dərəcəli “Əmək” ordeninin müxtəlif sahələrdə görkəmli xidmətlərə görə verildiyini bildirdi. Tahir Salahovun müasir təsviri incəsənətin inkişafındakı rolunun bütün ictimaiyyət, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Tahir Salahovu “İstiqlal” ordeni ilə təltif etdiyini vurğuladı. Dövlətimizin başçısı 2008-ci ildə ona Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordenini və 2015-ci ildə isə Heydər Əliyev Mükafatını təqdim etdiyini vurğuladı. Bu gün isə dünya şöhrətli rəssama “Əmək” ordeninin təqdim olunduğunu deyən Prezident İlham Əliyev özünün təşəbbüsü ilə yaradılan və üç dərəcəsi olan bu ordenin nisbətən yeni orden olduğunu və müxtəlif sahələrdə fəaliyyət göstərən görkəmli şəxslərə verildiyini bildirdi, Tahir Salahovun isə birbaşa 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu vurğuladı. “Siz bizim fəxrimizsiniz, Azərbaycan xalqının görkəmli oğlusunuz, siz həmişə öz sənətinizlə Vətənə sədaqətlə xidmət etmisiniz, Azərbaycanı, xalqımızın istedadını, bizim incəsənətimizi təbliğ etmisiniz, bizi bütün dünyada təmsil edirdiniz və edirsiniz”, - deyən Prezident İlham Əliyev Tahir Salahovun ulu öndər Heydər Əliyevlə şəxsi münasibəti və dostluğunun olduğunu bildirərək bu səmimi və çox möhkəm dostluğun hələ Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etməzdən xeyli əvvəl başladığını vurğuladı. Dövlətimizin başçısı Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonrakı ağır illərdə, səhhətində problemlər yarandığı vaxtlar məhz Tahir Salahovun onun yanında olduğunu deyərək onların Moskvadakı söhbətlərini, görüşlərini xatırladı, bütün bunların Heydər Əliyev üçün böyük mənəvi dəstək olduğunu bildirdi. Prezident İlham Əliyev dedi ki, həmin zamanlarda vaxtilə Heydər Əliyevin kömək etdiyi, irəliyə çəkdiyi çoxları kənara çəkilmişdilər, ən yaxşı halda isə susurdular, bəziləri isə onun əksinə çıxış edirdilər. Hər şeyə, dünya şöhrətinə özü nail olan Tahir Salahov isə Ulu Öndərin yanında idi. Dövlətimizin başçısı bunun çox qiymətli olduğunu və heç vaxt unudulmayacağını vurğuladı. Prezident İlham Əliyev illər keçdikdən sonra ona yenidən yüksək mükafatı təqdim etməkdən şad olduğunu bildirdi.

Sonra dövlətimizin başçısı İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Tahir Salahova təqdim edərək təbriklərini çatdırdı.

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov yüksək mükafata görə təşəkkürünü bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman öz işini sevən, qeyri-adi, istedadlı bir şəxsiyyət olduğunu deyən Tahir Salahov həyat yolunda onunla dostluq münasibətlərindən böyük xoşbəxtlik duyduğunu vurğuladı. “Bizi incəsənət birləşdirmişdi”, - deyən Tahir Salahov ulu öndər Heydər Əliyevin hər zaman incəsənətə və sənət adamlarına xüsusi qayğı ilə yanaşdığını bildirdi, onun bu sahə ilə bağlı çıxışlarının bütün incəsənət xadimlərində xoş təəssürat yaratdığını vurğulayaraq dedi: “Ulu Öndərin həssaslığı, mərdliyi məni heyrətləndirirdi. Belə bir şəxsiyyətlə işləmək, görüşmək mənim üçün böyük xoşbəxtlik idi”. Tahir Salahov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə həmişə böyük qayğı və diqqət göstərdiyini vurğuladı və onun sənətinə verdiyi yüksək qiymətə və mükafata görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib