Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pianoçu Riad Məmmədovun ustad dərsləri keçirildi
1463
21.09.2017
21.09.2017 02:41
2017-ci il 20 sentyabr tarixind
ə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur pianoçu Riad Məmmədovun ustad dərsləri keçirildi. Qeyd edək ki, Riad Məmmədov 2008-ci ildə Moskva “Primavera Classica” Beynəlxalq Festivalının qalibi olmuş və ən yaxşı ifaya görə xüsusi mükafata layiq görülmüşdür. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. Bir ifaçı kimi bir çox uğurlara imza atmış həmyerlimizin bu gün öz təcrübələrini bizimlə bölüşməsi əlbətdəki çox sevindirici haldır. Riad Məmmədov tərəfindən səmərəli şəkildə keçirilən ustad dərslərində iştirak edən şagirdlər və müəllimlər onun mükəmməl bilik və təcrübəsindən bəhrələndilər.