Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
207

“Qan yaddaşı” adlı tədbir keçirilib

Abdulla Şaiqin Mənzil Muzeyinin və Leopold və Mstislav Rostropoviçlərin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş “Qan yaddaşı” adlı tədbir keçirildi. Tədbir Leopold və Mstislav Rostropoviçlərin Ev Muzeyində baş tutdu.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

L. və M. Rostropoviçlərin Ev-Muzeyinin direktoru Şeyla Heydərovaya çıxış edərək 1990-cı il yanvarın 20-də baş vermiş hadisələrdən danışdı.

Həkim-jurnalist, Borçalı qəzetinin baş redaktoru Azadə Taleh Hüseynova şəhidlik zirvəsindən danışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələrdən və özünün həkim kimi göstərdiyi fəaliyyətindən söhbət açdı. Öz sənət yoldaşları ilə bu dəhşətin qurbanlarına göstərdikləri tibbi yardımdan danışan A.Hüseynova, bu acıya biganə qalmayan xalqımızın da ürək, təzyiq problemləri ilə xəstəxanaya üz tutduqlarını, heç kimin dözə bilmədiyini vurğuladı.

Tədbirin bədii hissəsində Xətai rayonu 58 saylı tam orta məktəbinin şagirdlərinin ifasında “Ağla qərənfil”, “Şəhidlər” şeirləri və monoloq səsləndirildi, faciəylə bağlı səhnəcik göstərildi. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Arif Məlikovun “Adagio”, Paqanini-Şuman “Etüd - sol minor”, Vaqif Mustafazadənin “Tək-tənha” əsərlərini, muğamlarımızı ifa etdilər.

Sonra 20 yanvar hadisələrinə həsr edilmiş qısametrajlı film nümayiş edildi.

XƏBƏRLƏR

31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki