May ayının 7-si Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Moskva Mərkəzi musiqi məktəbinin müəllimi Mira Marçenko və P.İ.Çaykovski adına Moskva Konservatoriyasının müəllimi, pianoçu Aleksandr Gindin tərəfindən ustad dersleri keçirildi.
“Bakı Media Mərkəzi”nin dəstəyi ilə həyata keçirilən bu proyektin ideya rəhbəri və təşkilatçısı ise pianoçu- ifaçı, müəllim Səidə Tağızadədir.
Qeyd edək ki, bu açıq dərslərə Bakı şəhərində fəaliyyət göstərən UMM və UİM, eləcə də Azərbaycanın digər bölgələrindən istedadlı şagirdlər qatılmışlar.
Təşkilatçı Səidə Tağızadə onu da vurğuladı ki, bu açıq dərslər çərçivəsində iştirak etmiş bir neçə istedadlı şagirdlər təxmini seçilərək 2019-cu ilin yanvar ayında keçiriləcək "Simurq"festivalına qatılmaları nəzərdə tutulmuşdur.