Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1967

Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub

Sentyabrın 22-də Moskvada P.İ.Çaykovski adına Konsert zalında Azərbaycanın dahi bəstəkarı, görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq böyük bəstəkar Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir.

Vurğulanıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Rusiyanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Nazir qeyd edib ki, Qara Qarayevin xatirəsi Rusiyada hər zaman böyük ehtiramla yad edilir. Moskvada onun adını daşıyan musiqi məktəbi var, bir neçə il öncə barelyefinin açılışı olub. Bu il Rusiyanın böyük şəhərlərində bəstəkarın 100 illiyi ilə bağlı konsertlərin keçirilməsi də onun yaradıcılığına, sənət irsinə, ümumilikdə Azərbaycan musiqisinə və mədəniyyətinə dərin hörmətin göstəricisidir. Bütün bunlar həmçinin Azərbaycanla Rusiya arasında mövcud olan sıx mədəni əlaqələrin təsdiqidir.

Qeyd olunub ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin, mədəniyyətə münasibətimizin vəhdətinin təsdiqi kimi qalacaqdır. Bildirib ki, Qara Qarayevin yaradıcılıq irsi Azərbaycana və bütün dünyaya məxsusdur. Ancaq qeyd etmək lazımdır ki, o, Rusiya ilə çox bağlı idi – Moskvada konservatoriyada oxumuşdu, Dmitri Şostakoviçin tələbəsi olmuşdu, SSRİ Bəstəkarlar İttifaqında fəal çalışırdı. “Neçə illər keçsə də, 120, 150, 200 il sonra da dünya Qara Qarayevin – görkəmli mədəniyyət xadiminin, dünya miqyaslı musiqiçinin yubileyini qeyd edəcək”, - deyə Polad Bülbüloğlu əlavə edib.

Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanov çıxışında dahi bəstəkarın geniş yaradıcılıq diapazonuna diqqət yetirib. Qeyd edib ki, Qara Qarayev həm Azərbaycanın, həm də Rusiyanın musiqi həyatında nadir şəxsiyyətdir. O, yaradıcılığının genişliyi – simfonik musiqisi, baletləri, kiçik həcmli əsərləri, filmlərə, teatr tamaşalarına yazdığı musiqilərlə hər kəsi heyran edir. O, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.

Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bəstəkarın yüksək insani keyfiyyətlərindən söz açıb: “Qara Qarayev fenomenal bəstəkar və çox gözəl insan idi. Mən onu yaxşı xatırlayıram, o bizim evə gəlirdi, atamla birgə çalışırdı”.

Yubiley axşamının prodüseri Yelena Tverdolyub çıxışında Qara Qarayevin 100 illiyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

Sonra konsert proqramı təqdim olunub. 

Konsertdə görkəmli dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin idarəsi ilə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin və solist – tanınmış skripkaçı, beynəlxalq müsabiqələr laureatı Alyona Bayevanın ifasında Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səsləndirilib.

Konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunub.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb