Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3156

“Qartal yuvası” filminin təqdimatı keçirildi

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirildi.

“Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açdı. “Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimiz uğrunda, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizidir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizdir. Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”, - deyə Vaqif Əliyev qeyd etdi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında vurğuladı ki,həqiqətən də şəhidlər varsa, demək vətən də var. Şəhidlər xalqımızın qürur və inam yeridir: “Möhtərəm Prezidentin ötən il seçkilərdən sonra imzaladığı ilk sərəncam şəhid ailələri ilə bağlı idi. Bu sərəncama əsasən şəhid ailələrinə birdəfəlik yardım göstərildi. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu yaxınlarda Birinci vitse- prezident Mehriban xanım Əliyevanın Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüşü oldu. Müharibə veteranları, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir”.

Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirdi ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın  ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçı və iştirakçılarına  təşəkkür etdi.

 Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olundu.

Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-i Seymurun son döyüşü olub. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində igidlik göstərən Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi