Qaxda Aşıq Şəmşir 125 illiyinə həsr olunmuş “Xalq ruhunun tərcümanı” adlı ədəbi-bədii tədbir keçirilmişdir
2278
20.08.2018
20.08.2018 05:51
Bu münasibətlə C.Cabbarlı adına Mərkəzi Kitabxananın oxu zalında Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Aşıq Şəmşir 125 illiyinə həsr olunmuş “Xalq ruhunun tərcümanı” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirin qonaqları Aşıq Şəmşir yaradıcılığından, onun bitib tükənməyən söz dünyasından söhbət açmış,əsərlərindən nümunələr səslənmişdir. Tədbirin qonağı aşıq Şəmşir yurdu Kəlbəcərdə yaşamış, şair Hümmət Əmrahov aşıqla bağlı maraqlı xatirələrini söyləmiş, ona həsr etdiyi şer numənələrini tədbir iştirakçılarına təqdim etmişdir.
Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır.
Bu münasibətlə C.Cabbarlı adına Mərkəzi Kitabxananın oxu zalında Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Aşıq Şəmşir 125 illiyinə həsr olunmuş “Xalq ruhunun tərcümanı” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirin qonaqları Aşıq Şəmşir yaradıcılığından, onun bitib tükənməyən söz dünyasından söhbət açmış,əsərlərindən nümunələr səslənmişdir. Tədbirin qonağı aşıq Şəmşir yurdu Kəlbəcərdə yaşamış, şair Hümmət Əmrahov aşıqla bağlı maraqlı xatirələrini söyləmiş, ona həsr etdiyi şer numənələrini tədbir iştirakçılarına təqdim etmişdir.
Tədbirdə ŞRMİ məsləhətçisi Dilarə Əzizova iştirak etmişdir.