13 iyul 2017-ci il tarixində Qazax rayon Xanlıqlar kənd kitabxana filialı açıq havada “Səyyar kitabxana” xidməti təşkil etdi. Tədbirdə kənd bələdiyyə işçiləri, icra nümayəndəliyi, azyaşlı uşaqlar, məktəblilərdən ibarət 39 nəfər iştirak etdi.
Tədbiri açan kitabxana fililalının müdiri Səbilə Alıyeva bildirdi ki, oxuculara səyyar xidmətin təşkilində məqsəd gənc nəslin dünya görüşünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də yeni oxucuları kitabxanaya cəlb etməkdir..
Tədbirdə “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar”, “Hər kitab yeni dünyadır”, “Nağıllar aləminə səyahət”, “Danışan kitablar” başlığı altında kitablar sərgiləndi. “Sehrli dünya” və “Göy qurşağı” jurnallarındakı nağıl qəhrəmanları kiçik yaşlı uşaqların diqqətini daha çox cəlb etdi və tədbir iştirakçılarından bir qrup kitabxanaya üzv yazıldı.
Qazaxbəyli kənd kitabxana filialı kənd ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbənin parkında “Səyyar kitabxana” xidməti təşkil etdi. Gün ərzində keçirilən tədbirdə 98 nəfər iştirak etdi. Sərgidə “Ümummilli lider Heydər Əliyev”, “Kənd təssərüfatı”, “Vətən torpagı bizi səsləyir”, “Mən oxudum, səndə oxu” adlı başlıqlarda kitablar, həmçinin tarixə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq hüquqlarına dair 110 nüsxədən çox ədəbiyyat nümayiş etdirildi.
Kitabxana filialın müdiri Sevinc Alməmmədova tədbirdə bildirdi ki, səyyar kitabxana xidmətinin həyata keçirilməsində əsas məqsəd əhalinin kitaba marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. Tədbir zamanı bir qrup oxucu kitabxanaya üzv oldular. Kitab sərgisi kənd əhalisi tərəfindən maraqla qarşılandı.