Qəbələ rayon Heydər Əliyev Mərkəzinin 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
2649
27.12.2017
27.12.2017 04:39
Mədəniyyət və Turizm Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin
2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.Mərasimdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, mərkəzin rayonda həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib.
Tədbir çərçivəsində Qəbələ rayon Heydər Əliyev Mərkəzi tərəfindən ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində fəal iştirak edən şəxslərə fəxri fərmanlar verilib. Həmçinin Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim olunub.