06.02.2018 04:14
Cari ilin 5-7 fevral tarixində Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransında ölkəmiz təmsil olunur.
Nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakçı ölkələrin nümayəndələri ilə apardığı danışıqlar nəticəsində konfrans zamanı Qəbələ şəhəri 2020-ci il üçün İƏT Ölkələrinin Turizm Paytaxtı seçildi və İƏT Turizm Nazirlərinin 11-ci Konfransının Azərbaycanın sədrliyi ilə həmin il Qəbələdə keçirilməsi qərara alındı. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçildi.