Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3448

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olundu

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirildi.

Əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov mükafat haqqında məlumat verdi. Bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-ci ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Builki mükafat üçün əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanılıb və bu il martın 29-da qəbul yekunlaşıb. Bu müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət mükafat komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə qiymətləndirilib. Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və beş nominasiya üzrə seçilən əsas mükafatla yanaşı, daha iki əsərə “Şans” mükafatının verilməsi məqsədəuyğun hesab edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını dedi: “Bu mükafat ədəbiyyatımıza, kiçik də olsa, öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılır. Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcı ittifaqların təşkili və bu təşkilatlara yardımlar, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam etmişdir. Cənab Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə, Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncamlar sənət adamlarının ruh yüksəkliyinə səbəb olur, yaradıcı ittifaqlar üçün yeni imkanlar açır”.

Nazir “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülən əsərləri ideya-bədii cəhətdən yüksək qiymətləndirdi: “Bu əsərlər müasir Azərbaycan ədəbiyyatının mənzərəsini ifadə edir. Ədəbiyyat yaşayır və onun inkişafı cəmiyyətin tərəqqisi ilə paralel gedir. Mükafatın siyahısında gənc ədəbi nəslin yaradıcılığının stimullaşdırılması üçün nəzərdə tutulan “Şans” ödülü də var. Bu mükafat gənc müəlliflərin qarşısında üfüqlər və imkanlar açır”.

Əbülfəs Qarayev ədəbiyyat nümayəndələrinə mədəni irsimizi təbliğ edən əsərlər də yazmağı tövsiyə etdi. Dedi ki, ölkəmizin tarixi-mədəni zənginliyi yaradıcı insanlar üçün geniş mövzu, material verir. Qalib müəllifləri təbrik edən nazir ədəbiyyat adamlarının muzeylərimizə tez-tez baş çəkmələrini, bu zəngin mirasdan ilham almalarını arzuladı.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. “Nəsr” nominasiyası üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” , Mübariz Örənin “Balıq gülüşü” əsərləri, “Poeziya” nominasiyasında Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş” və İbrahim İlyaslının “Şair olmaq zülümdü” şeir kitabları mükafata layiq görüldü.

“Ədəbi tənqid və publisistika” nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, “Orijinaldan bədii tərcümə” nominasiyasında Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanına, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanına görə mükafatlandırıldı.

Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasiyasında mükafat aldı.

Müsabiqənin “Şans” ödülü isə Şahanə Müşfiq (“Şahanənin nağılı”) və Sadıq Qarayevə (“Sahibsiz kölgələr”) təqdim olundu. Bütün qaliblərə diplom və pul mükafatı verildi.

Qalib müəlliflər çıxış edərək ədəbiyyat sahəsinə və yaradıcılıqlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər.

Sonda münsiflər heyətinin üzvləri - Xalq şairi Sabir Rüstəmxanlı və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova mükafatın ədəbiyyatımızın inkişafına xidmət etdiyini diqqətə çatdırdılar.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib