Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1058

Qobustan rayon Mədəniyyət Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

XX əsr Azərbaycan aşıq sənətinin və ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan, Aşıq Ələsgərdən sonra ən çox xitab edilən və ustad aşıq sayılan Şəmşir Qocayevin anadan olmasının 125 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi” haqqında Sərəncamına əsasən respublikada Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

1893-cü ilin 15 mart tarixində Kəlbəcər rayonunda anadan olmuş, aşıq yaradıcılığını həm qoşma, müxəmməs, gəraylı, bayatı, rübai, qəzəl və təcnis kimi müxtəlif janrlarda yazdığı şeirlərlə zənginləşdirmiş, həm də çoxsaylı yeni havaların yaradılmasına öz töhfəsini verərək onlarla bəstələr ərsəyə gətirmiş Aşıq Şəmşir Qocayevin 125 illik yubliyeliyinə həsr edilmiş “O Kürün, Arazın Tərtəriyəm mən” adında tədbir Qobustan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində keçirilmişdir.

Yüzlərlə Şəmşirsevərin iştirak etdiyi tədbirdə repertuar zənginliyi, ifa məharətinə görə seçilən, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, Əməkdar incəsənət xadimi fəxri adı və “Şərəf nişanı” ordeni ilə təltif edilmiş Dədə Şəmşirin aşıq sənətinə, poeziyasına mədəniyyətinə verdiyi töhfələrdən söz açılmışdır. Tədbirdə çıxış edənlər, o cümlədən şair Əlövsət Saldaş Aşıq Şəmşirin  aşıq-ozan sənətinin gənc nəslə aşılanması üçün daim yorulmadan çalışdığından, çoxsaylı tələbələr yetişdirdiyindən, onlarla gənc şair və yazıçının ədəbi mühitimizə daxil olmasına köməklik göstərdiyindən, həmçinin bütün bu xüsusiyyətlərinə görə Aşıq Şəmşir “dədə” ləqəbi verildiyindən bəhs etmişdir.

Sonda Aşıq Şəmşirin ədəbi irsinin özündən sonra da tədqiq edildiyi, haqqında əsərlər, məqalələr, elmi-tədqiqat işləri yazıldığı vurğulanmış və tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatmışdır.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib