21.08.2017 05:59
Avqustun 14-dən etibarən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayonu Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində kitab sərgisi təşkil olunub. Sərgi zamanı kitabxananın fonduna daxil olan yeni kitablar, klassik Azərbaycan ədəbiyyatının nümayəndələrinin əsərləri, xarici ədəbiyyat, uşaq ədəbiyyatı, ümumilikdə oxucuların maraqlarını cəlb edəcək müxtəlif başlıqlar altında kitablar nümayiş olunur.