Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
794

Qobustanda Avropa Qayaüstü İncəsənəti Günü qeyd olunub

Oktyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda Avropa Qayaüstü İncəsənəti Günü münasibəti ilə məktəblilər üçün "Açıq qapı" günü keçirilib. Tədbir çərçivəsində 6-14 yaşlı məktəblilər arasında "The first Art of Europeans seen by Europeans of the future" (İlk avropalıların incənəti gələcək avropalıların gözü ilə) adlı ümumavropa rəsm müsabiqəsi keçirilib.

Qoruq ərazisindəki muzey və qayaüstü abidələrlə tanış olan, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləyən məktəblilər sonda Qobustan motivləri əsasında rəsmlər çəkiblər.

Qeyd edək ki,  müsabiqədə iştirak edən rəsm əsərləri peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və seçilən əl işləri ümumavropa rəsm müsabiqəsində Qobustan Milli Tarix- Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək. Bundan başqa, seçilən əsərlər İspaniyada təşkil olunacaq sərgidə nümayiş olunmaqla bərabər nəşr olunacaq kataloqda da öz əksini tapacaq. Ümumavropa müsabiqəsində yer tutmuş əl işlərinin müəllifləri Avropa Şurası Mədəni Marşrutlar İnstitunun Prehistorik Rock Art Trails (PRAT-CARP, Qədim Qayaüstü İncəsənət İzləri) Assosiasiyası tərəfindən mükafatlandırılacaq. Avropa Qayaüstü İncəsənəti Günü ilə əlaqədar təşkil olunmuş  "Açıq qapı" günündə 267 nəfər məktəbli Qobustan Milli Tarix -Bədii Qoruğunu ziyarət edib.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir