Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1901

“Qorqud Ata Aşıqlar Karvanı” beynəlxalq aşıq tədbiri keçirilmişdir

2017-ci il oktyabrın 14-də Bakıda R.Behbudov adına Dövlət Mahnı Teatrında Türk dünyası “Qorqud Ata aşıqlar karvanı” adlı konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyi, Türkiyənin Osmaniyyə Bələdiyyəsi, Avrasiya mədəniyyət və sənət dərnəyi və Türk Dünyası Jurnalistlər Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb. Türk xalqlarının ortaq mədəniyyətindən, Dədə Qorqudun türk dünyasının folkloruna, ədəbiyyatına və mədəniyyətinə təsirindən danışan professor M.Qasımlı qeyd edib ki, ulu babalarımız bir əlində qılınc tutanda  bir əlində də saz tutub, bu saz insanların döyüş və mübarizlik ruhunu artırdığı kimi, eyni zamanda bütün dünyaya nümayiş etdirib ki, türk həmişə döyüşün, savaşın, terrorun və qan tökülməsinin deyil, millətlər arasında sülhün və barışın tərəfdarıdır. Türkün coğrafiyasının genişliyi və rəngarəngliyi kimi, sazın imkanları da zəngindir. Saz bizim dünənimiz, bu günümüz və sabahımızdır, Türkün birliyinin simvollarındandır.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluğu çərçivəsində gördüyü işlərdən söz açıb, türkdilli dövlətlərdən gəlmiş aşıqların eyni səhnəni bölüşməsinin aşıq sənətinin inkişafı baxımından da böyük əhəmiyyət daşıdığını    və  bütövlükdə  aşıq sənətinə bir töhfə olduğunu vurğulayıb.

Sonra səhnə aşıqların ixtiyarına verilib. Türkiyədən gəlmiş aşıqlar Bayram Dənizoğlu, Fərhat Karaca, Qırğızıstan respublikasından Qulira Kasimkulova, uyğur aşıq Farhat Bazakovla yanaşı Azərbaycan aşıqlarından Əməkdar Mədəniyyət İşçiləri Gülarə Azaflı və Əhliman Şirvanlının, Altay Məmmədli, Nazim Quliyev, Gözəl Kəlbəcərli, Roman Azaflı, Əli Pənahoğlu, Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu və hazırda Bakıda  yaşayıb fəaliyyət göstərən Marta Laurinin ifasında səslənən müxtəlif aşıq havaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda AAB sədri Məhərrəm Qasımlı tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib. Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirirərək xatirə hədiyyələrini təqdim etmişdir.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel