Quba Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir
04 dekabr 2018-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba Heydər Əliyev Mərkəzində 2018-ci il üçün nəzərdə tutulmuş iş planına əsasən ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa Quba Heydər Əliyev Mərkəzinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin təşkilatçılığı ilə keçirilmişdir. Dəyirmi masa iştirakçıları ilk öncə Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini , zəngin siyasi irsini əks etdirən eksponatlarla tanış olmuş, “Heydər Əliyev- xatirələrdə” tamaşa etmişdilər.
Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru E.Orucova açmış, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
E. Orucova “Əbədiyaşar lider” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, ulu öndər Tanrı tərəfindən ona verilən ömrünü xalqına, milli dövlətçiliyin inkişafına həsr etmişdir. O, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyin əbədi olmasını təmin etmiş, ölkəmizi günü-gündən çiçəklənən və inkişaf edən bir diyara çevirmişdir. Bu gün ulu öndər Heydər Əliyevin qurub yaratdığı dövləti onun siyasi varisi cənab İlham Əliyev dünyanın inkişaf proseslərinə uyğun olaraq layiqincə idarə edir.
Daha sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının müəllimi Z.Muradov çıxış edərək əbədiyaşar şəxsiyyət olan Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdən danışaraq ulu öndərin sözün əsil mənasında böyük dövlətçilik və idarəçilik fəaliyyətindən söhbət açmışdır.
Dəyirmi masa iştirakçılarından K.Hüseynova, N. Niftəliyeva, Z.Qurbanov, T.İskəndərova və başqaları çıxış edərək qeyd etmişlər ki, ulu öndərin xatirəsi Azərbaycanda həmişə yad ediləcəkdir.