Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1759

Rauf Abdullayevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

20 noyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətimizin görkəmli nümayəndəsi Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini  bitirmiş, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil almışdır. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İsveçrə, Belçika, Danimarka, Türkiyə, Ukrayna, Gürcüstan, Küveyt, Birləşmiş Ərəb Əmirliklərində böyük uğurla çıxış etmişdir. Azərbaycan musiqi sənəti sahəsindəki xidmətlərinə görə Rauf Abdullayev 1970-ci ildə Əməkdar incəsənət xadimi, 1982-ci ildə Xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülmüş, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, 2017-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. O, Prezident təqaüdçüsüdür.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dünya şöhrətli skripkaçı Maksim Vengerov ilə birgə çıxış edəcəklər. 

Maksim Vengerov müasir dövrün ən dinamik və hərtərəfli artistlərindən biridir. O, 20 avqust 1974-cü ildə Novosibirsk şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 10 yaşında “Junior Wieniawski” müsabiqəsində qalib gəlmişdir. 1990-cı ildə Londonda Karl Fleş Beynəlxalq skripka müsabiqəsinin qalibi olmuşdur. 1995-ci ildə “Dahi gənc musiqiçi” kimi İtaliyanın “Accademia Musicale Chigiana” mükafatına layiq görülmüşdür.

Skripkaçı dəfələrlə Klaudio Abbado, Daniel Barenboym, Valeri Gergiyev, Kolin Devis, Şarl Dütua, Mixail Pletnev, Yuri Temirkanov, Vladimir Fedoseyev, Yuri Simonov, Zubin Meta kimi görkəmli dirijorların rəhbərliyi altında tanınmış orkestrlərlə birgə dünyanın əfsanəvi səhnələrində çıxış etmişdir. Bir neçə nüfuzlu müsabiqədə qalib olan Vengerov geniş repertuarının səs yazıları ilə “Grammy”, “Gramophone Award UK”, “Edison Award”, “Echo Classic Award”, “Amadeus Prize Best Recording”, “Brit Eword” kimi beynəlxalq mükafatlara layiq görülmüşdür. Musiqiçi ifaçılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Mstislav Rostropoviçin təsis etdiyi “GLORIA” və Yuri Başmet fondu tərəfindən təqdim olunan Dmitri Şostakoviç adına mükafata layiq görülmüşdür. 2010-2012-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəvətli dirijoru kimi çalışmışdır.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel