Noyabr ayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq müəssisənin Bədii təhsil şöbəsinin əməkdaşları Rauf İmanov və Zəbulla Quliyev uşaq musiqi, incəsənət və orta ümumtəhsil məktəblərinə metodiki kömək göstərmək məqsədilə Şirvan, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında təlim xarakterli tədbirlər həyata keçirmişlər.
Məktəblərdə müxtəlif ixtisaslar üzrə təqdim olunmuş yeni tədris proqramlarındakı innovativ metodoloji üsullar haqqında izahatlar verilmiş, müxtəlif metodiki vəsaitlər təqdim edilmişdir. Habelə ixtisas və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə aparılması, məktəbin, sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olaraq bu istiqamətdə zəruri tövsiyələr verilmişdir.
Xanəndə şagirdlərinin hər birinə qulaq asaraq, onları muğamların klassik formada bəstəkar mahnılarının düzgün oxunması istiqamətinə yönləndirmişlər.
Sonda həmin məktəblərin müəllim kollektivləri ilə ümumi iclas keçirilmiş, onları maraqlandıran suallara cavab verilmiş, arzu və təkliflər dinlənilmişdir.