Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
459

Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslər dəstəklənir

Təkamül və İnteqrasiya beynəlxalq ictimai birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi” adlı layihənin icrasına start verib. Layihə barədə məlumat verən ictimai birliyin sədri Arzu Hüseyn bildirib ki, “Şərq xalqlarının incəsənət tarixinin ən maraqlı səhifələrindən birini də Azərbaycan xalq təbiqi- dekorativ və təsviri sənəti təşkil edir. Bu sahə qədim dövlərdən indiyə qədər çox maraqlı, zəngin inkişaf yolu keçərək təkmilləşmişdir. Xalq təbiqi- dekorativ və təsviri sənət ustalarının müxtəlif zamanlarda yaratdıqları əl işləri tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi olaraq yaşayır və müasir dövrümüzdə bu sahə ilə məşğul olanlar üçün örnək olur. Bunlardan xalçaçılıq, bədii tikmə, dulusçuluq sənətlərini xüsusilə vurğulamaq olar.”
O, bildirib ki, layihə çərçivəsində ilk tədbirlər 01-02 avqust tarixlərində İsmayıllı rayonunda təşkil edildi. Tədbirdə Regional Mədəniyyət şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana sizteminin nümayəndələri, yerli sənətkarlar, ustalar yaxından iştirak edib.

Arzu Hüseyn bildirib ki, Mədəniyyət  Nazirliyinin dəstəyi ilə keçirilən bu layihənin məqsədi ixtisas təhsili almamış, ancaq bədii yaradıcılığa meyilli olan istedadlı şəxslərin, həvəskar sənətçilərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilərək qiymətləndirilməsidir. Bu mənada həvəskarlar arasında təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçiriləcək seminarlar və sərgilər bu sahələrin inkişafı baxımından mühüm rol oynayır.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla