Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2267

Regionların mədəni ixtisaslaşması siyasəti davam edir

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılmaqda olan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflərdən biridir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müvafiq istiqamətdə mütəmadi islahatlar aparılmaqdadır.

Qarşıda duran hədəflər nəzərə alınmaqla mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq ixtisasartırma kurslarının keçiriləcəyi regionlar müəyyənləşdirilib. Əməkdaşların rahatlığını təmin etmək və təlimlərə həsr olunacaq zamana qənaət etmək məqsədilə Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən reallaşdırılacaq ixtisaslaşmış kurslar Bakı, Xaçmaz, Şamaxı, Gəncə, Lənkəran və Xırdalan şəhərlərində baş tutacaq.

“Dövlət Rəsm Qalereyaları”, “Muzey işi”, “Klub işi” ilə bağlı mövzuları ehtiva edən  kurslar müvafiq olaraq Xaçmaz, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaqdır. “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “İncəsənət müəssisələrinin idarə olunması” mövzularını əhatə edəcək kurslara qatılacaq mədəniyyət işçilər isə paytaxt Bakıya üz tutacaqlar. “Heyədər Əliyev Mərkəzləri” ilə bağlı mövzular Xırdalan şəhərində tədris olunacaqdır.

Təlimlərin fərqli bölgələrdə təşkili eyni zamanda Nazirliyin regionların mədəni ixtisaslaşması siyasətinə dəstək kimi qiymətləndirilməlidir. Adı keçən rayonların mədəni həyatına rəng qatacaq kurslar çərçivəsində fərqli mədəni tədbirlərin təşkili də nəzərdə tutulmuşdur. Kursların fəaliyyəti çərçivəsində yerli icra qurumlarının dəstəyi və mədəniyyət işçilərinin fəallığı sayəsində regionlarda yaşayan gənclərin xüsusi marağına səbəb olacaq kreativ laboratoriyaların təsis olunması da planlaşdırılır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib