Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1016

Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi

Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi sayılan 1990-cı ilin qanlı “20 yanvar” faciəsindən 29 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hər il olduğu kimi bu il də xalqımıza, torpaqlarımıza qarşı törədilən təcavüzlə əlaqədar tədbirlər təşkil edilmişdir.

“20 yanvar - şərəf və qürur günümüz” adlı biblioqrafik icmal hazırlanıb Respublika Gənclər Kitabxanasının rəsmi saytında yerləşdirilmişdir.  Oxucularla “20 yanvar faciəsi” adı altında müzakirə aparılmış, Azərbaycanın Milli Qəhrəmanları Gültəkin Əsgərova və Şirin Mirzəyevə  həsr olunmuş  filmlərə baxış keçirilmişdir.

Qeyd edək ki, “Qanlı 20 yanvar tarixi” adlı kitab sərgisinə baxış ayın sonunadək davam edəcəkdir. 

*   *   *

16 yanvar 2019-cu il tarixində Kitabxana tərəfindən “O günü unutmayaq” adı altında  qanlı yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə Şəhidlər Xiyabanında görüş təşkil edilmişdir.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxış edərək 1990-cı ildə Bakıda “20 Yanvar” və Azərbaycan tarixində daha əvvəl baş vermiş faciəli hadisələr barədə məlumat verdi.

“20 yanvar” şəhidlərindən olan İlham Allahverdiyevin yaxın qohumu və dostu, faciə baş verəndən bu günədək “Şəhidlər Xiyabanı”nda mühafizəçi vəzifəsində çalışan Füzuli Quliyev o qanlı günün canlı şahidi kimi təəssüratlarını bildirdi. İlhamın necə vətənpərvər, xalqını, millətini sevən mübariz Azərbaycan oğlu olması, vaxtsız həyatını itirməsi haqda ürək ağrısı ilə danışdı.

Tədbir Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsini yazan şəhidlərin məzarları üstünə gül dəstələri qoymaqla başa çatdı.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı