Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1341

Respublika Gənclər Kitabxanasında “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi

Dekabrın 5-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar - ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Elmi tədbir kitabxananın 90 illiyinə həsr olunmuşdu. Konfransı giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açaraq bildirdi ki, bu gün ölkəmizdə 90 yaşı olan az sayda kitabxanalardan biri olan Gənclər kitabxanası Azərbaycanın mədəni-maarif sahəsinin inkişafında mühüm rol oynayır. Bu gün Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, onun milli vətənpərvərlik tərbiyəsi, yüksək təhsil tələbləri, dünyaya açılması, yeniliyə, yeni texnologiyalara yiyələnməsi, milli dəyərlərlə bəşəri dəyərləri uğurla sintez edə bilmək qabiliyyəti kitabxananın fəaliyyətinin əsas ideoloji platformasını təşkil edir.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabxananın əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edərək Prezident İlham Əliyevin Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 4 dekabr 2018-ci il tarixli sərəncamını oxudu.

Vaqif Əliyev qeyd etdi ki, 90 il qısa zaman deyil və bu müddət ərzində bir kitabxana öz oxucu kontingentini qoruyub saxlaya, fondunu bir neçə nəslin mütaliə tələbatına uyğun komplektləşdirə bilibsə, demək, onun fəaliyyətini uğurlu hesab etmək olar. Gəncləri cəmiyyətin intellektual üzvü kimi yetişdirmək və onların mədəni inkişafını təmin etmək hər bir toplum üçün ən aktual məsələlər sırasındadır.

Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısından söz açdı. Bildirdi ki, Respublika Gənclər Kitabxanası gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində, onların mütaliə marağının yüksəldilməsində və asudə vaxtlarının səmərəli təşkilində fəal iştirak edir. Müstəqillik illərində kitabxana-informasiya fəaliyyətində baş verən yeniliklər, yeni texnologiyaların tətbiqi Gənclər kitabxanasının qarşısında da yeni vəzifələr qoyub. Kitabxana gənclərlə işin yeni forma və metodlarının öyrənilməsi istiqamətində işini daha da yüksəltməlidir. Mədəniyyət ocağı müasir dövrdə baş verən qlobal proseslərdə öz yerini tapmalı, gənclərə müasir kitabxana-informasiya xidmətinin təşkili məqsədilə milli-mədəni və elmi irsin qorunması, mühafizəsi, emalı və xidmətə verilməsi sahəsində fəaliyyətini beynəlxalq təcrübə və müasir tələblərə cavab verə biləcək səviyyədə təşkil etməlidir. Virtual məkanda fəaliyyətini genişləndirmək, sosial şəbəkələrdə gənclərin daima yanında olmaq məqsədilə Gənclər kitabxanası müntəzəm olaraq yenilikləri öyrənməli, tətbiq etməli, treninq və təlimlər keçirməli, təcrübə mübadilələrinin nəticələrini təhlil etməli və yeni çağırışların önündə hazır olmalıdır.

Sonda Vaqif Əliyev kitabxana əməkdaşlarını bir daha təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Konfrans “Müasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, “Müasir innovasiyalar və Azərbaycan kitabxanalarına tətbiqi problemi”, “Kitabxanaçılıq təhsili və müasir gənclik”, “Müasir informasiya resursları və Azərbaycan dilli kontent” və s. aktual mövzularda məruzələrin dinlənilməsi ilə davam etdi. Məruzələr ətrafında maraqlı fikir mübadiləsi aparıldı.

XƏBƏRLƏR

12.12.2018 16:50
Qazax rayon MKS tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sərgi təşkil olunub
12.12.2018 16:41
Bu gün Heydər Əliyev Sarayında Azərbaycan xalqının Ümummilli liderinin anım mərasimi keçirilib
12.12.2018 09:51
Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi
11.12.2018 17:06
Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kürdəmirdə ustad dərsləri keçiblər
11.12.2018 16:58
Azərbaycan Milli Kitabxanası Sofiya şəhərində keçirilən Beynəlxalq Elmi Konfransda ölkəmizi təmsil edib
11.12.2018 16:39
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir
11.12.2018 16:32
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
11.12.2018 11:04
Şəmkirdə Gülxar Həsənovanın yubileyi qeyd olunub
11.12.2018 09:30
Parlaq, koloritli qadın obrazlarının mahir ifaçısı
11.12.2018 09:15
Azərbaycan Respublikasının mədəniyyət naziri Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək
10.12.2018 16:33
Xalq artisti Gülxar Həsənovanın Fəxri xiyabanda xatirəsi yad olundu
10.12.2018 12:35
Musiqili Teatrda “Çarəsiz sərnişinlər” yola çıxdılar
10.12.2018 12:17
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir
10.12.2018 10:38
Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi
07.12.2018 19:59
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edildi
07.12.2018 17:33
Ölkəmiz Avstriyanın Vyana şəhərində keçirilən “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunur
07.12.2018 17:18
Mədəniyyət naziri Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb
07.12.2018 16:59
Şamaxı şəhərində Prezident təqaüdçülərinin konserti keçirildi
07.12.2018 15:49
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru Dövlət Xor Kapellası ilə bir səhnəni bölüşdü
07.12.2018 12:40
Sabirabadda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
07.12.2018 11:28
Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib
07.12.2018 11:22
Bakıda isveçli rəssamın fərdi sərgisi açılıb
06.12.2018 15:26
Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu
06.12.2018 15:21
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb