Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1623

Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində virtual görüş keçiriləcək

14 mart 2019-ci il tarixində saat 13:00 tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı skayp vasitəsilə virtual görüş keçiriləcək. Tədbir AMEA-nın Elmi Kitabxanasının Konfrans zalında baş tutacaq.

Novruz bayramı ərəfəsində keçiriləcək tədbirin əsas məqsədi ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etmək, hər iki ölkənin milli geyim və folkloru haqqında oxucuları məlumatlandırmaqdır.  Virtual görüş 132-134 nömrəli Təhsil Kompleksinin 6-cı sinif şagirdləri ilə Ukrayna məktəbliləri arasında olacaq.

Tədbirdə uşaqlar hər iki dövlətin milli geyim və folklorunu təqdim edəcək, onları maraqlandıran bütün sualları cavablandırmaqla yanaşı, mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Layihə çərçivəsində baş tutacaq sayca üçüncü virtual görüşdə Azərbaycan məktəbliləri, Azərbaycanın milli rəqslərindən olan “Yallı”, qədim “Aşıq yaradıcılığı”, Azərbaycanın ənənəvi baş örtüyü sayılan “Kəlağayı” və folklorun ən geniş janrlarından biri “Bayatılar” haqqında geniş məlumatlarla çıxış edəcək və folklorumuzu yüksək səviyyədə nümayiş etdirəcəklər.

Qeyd edək ki, tədbirdə kitabxana əməkdaşları, musiqişünaslar, oxucular, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri və s. digər qonaqların iştirakı gözlənilir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib