12.04.2019 04:23
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair İnqilab İsaqın “Nərgizin nərgizləri” adlı kitabının təqdimatı olub.
Tədbirdə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək ədibin yaradıcılığından danışıb.
Tədbir çərçivəsində, 138 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında ədibin uşaqlar üçün yazdığı “Nərgizin nərgizləri” kitabının əsasında hazırlanmış kompozisiya, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx, eləcədə milli rəqs nümunələri təqdim olunub.
Sonda, şair İnqilab İsaqa kitabxananın ərsəyə gətirdiyi “Türk dünyasının nağıl bağı” adlı kitab hədiyyə edilib.