Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2214

Respublika Uşaq Kitabxanasında “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə keçirilib

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir “Nəsimi” filmindən “Haradasan” qəzəlinin ifa olunduğu fraqmentin nümayişi ilə başlayıb.

Tədbirdə Nəsimi obrazının mahir ifaçısı, Xalq artisti Rasim Balayev çıxış edərək tədbirdən böyük zövq aldığını bildirib və ədəbi-bədii kompozisiyasının məktəblilərin ifasında təqdim edildiyi üçün tədbirin təşkilatçılarını və uşaqları təbrik edib.

Vurğulanıb ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu da Nəsimi yaradıcılığı və fəlsəfəsinin dərindən öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bədii gecədə kitabxana tərəfindən Nəsiminin həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi təşkil olunub.

Tədbir çərçivəsində, məktəbin şagirdlərinin təqdimatında Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Ədibin yaradıcılığından “Sığmazam”, “Mərhaba”, “Ağrımaz”, “Etməgil” və s. qəzəlləri ifa olunub, “Nəsimi” filmindən şah və vəzirin olduğu səhnə canlandırılıb.

Sonra Xalq artisti Ramiz Quliyevin müşayiəti ilə Rasim Balayevin ifasında “Neylərəm” qəzəlini dinləmək isə bütün iştirakçılara unudulmaz anlar yaşadıb.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib