Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
497

Respublika Uşaq Kitabxanasında “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi

Oktyabrın 16-da F.Köçərli adına Respublika Uşaq kitabxanasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü şərəfinə həsr olunmuş “Türk birliyinə aparan yol” adlı tədbir keçirildi.

Tədbirdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri, kitabxananın daimi oxucuları və digər qonaqlar iştirak edib. Tədbir çərçivəsində, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında ətraflı məlumatı əks etdirən videoçarx təqdim edildi. Sonra tədbir Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin təqdimatında konsert proqramı ilə davam etdi. Aşıq musiqiləri ilə yanaşı xalq musiqi nömrələri də ifa olundu.

Tədbirdə çıxış edən kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tədbirin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarına kitabxana tərəfindən nəşr edilən “Türk dünyasının nağıl bağı” kitabı haqqında məlumat verdi. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova musiqi məktəbinin rəhbərliyi başda olmaqla onun kollektivinə öz minnətdarlığını bildirərək, “Qarabağ şikəstəsi”ni ifa edən Xalq Çalğı Alətləri ansamblının ən kiçik üzvü İsfəndiyar Dadaşova “Türk dünyasının nağıl bağı” kitabını hədiyyə etdi.

Sonda musiqi məktəbinin şagirdlərinə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları təqdim edildi.

XƏBƏRLƏR

13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib
09.11.2019 11:12
Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub
09.11.2019 10:55
Şirvan aşıqları Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər
08.11.2019 17:04
Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
08.11.2019 16:45
Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi
08.11.2019 16:20
Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir