Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1300

Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb

Cari ilin 14 fevral tarixində aparıcı səhnə ustası, Əməkdar artist Xudayət Əsgərovun 60 yaşı tamam olur. Xudayət Əsgərovun teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, habelə anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Əməkdar artist  Əsgərov Xudayət  Məmməd oğlu 1960-cı il fevral ayının 14-də Gəncə şəhərində anadan olmuşdur.

X.Məmmədov musiqi məktəbinin tar sinfini və Gəncə şəhər İnşaat Texnikumunu  bitirmişdir. Təhsil aldığı illərdə Gəncə şəhər İnşaatçılar Mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərmişdir. 1981-ci ildən Gəncə Dövlət Dram Teatrında  əmək fəaliyyətinə başlamışdır.

1987-ci ildən Gəncə Dövlət Kukla Teatrında aktyor kimi işə qəbul olunmuş, bu illər ərzində Kukla Teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa etmişdir. İfa etdiyi rollarla azyaşlı tamaşaçıların rəğbətini qazanmışdır.

Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”nda Əhməd, “Meşə çaqqalsız olmaz”da Tülkü, N.Gəncəvinin “Xeyir və Şər”də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”də Ambardar, A.Lindqrenin “Uşaq və Karlson”unda Ata, R.Səməndərin “Çətin məsələ”sində Canavar, A.S.Ekzüperinin “Balaca Şahzadə”sində Kral, Xalq nağılı “Şəngülüm, Şüngülüm, Məngülüm”də Canavar və digər bu kimi yaddaqalan obrazlar yaratmışdır.

Aktyorluqla yanaşı, Xudayət Əsgərov teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir. Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri", K.Ağaqızının “Tənbəl Əhməd”, O.Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul”, A.Əlizadənin “Şeytanın dostu” və digər bu kimi tamaşalara quruluş vermişdir.

Xudayət Əsgərov bir çox beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil etmişdir.

1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2006-cı ilin Prezident mükafatçısı olmuş, 2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. X.Əsgərov çalışdığı kollektivin nüfuzunu qazanmışdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi