10.08.2017 04:23
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 11-12 avqust saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftənin konsert proqramında tanınmış mügənnilər Könül Kərimova və Nurlan Əzizbəyli maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görşünə gələcək.
Azərbaycan klassik musiqisini və retro mahnıları sevənləri həftə sonunu bizimlə keçirməyə dəvət edirik!