18.08.2017 07:30
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 18-19 avqust, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu olacaqlar.
Bakı sakinləri və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gozləyir.