07.01.2019 01:59
Martın 10-dan 17-nə kimi Rus Dram Teatrında uşaqlar tərəfindən çox sevilən “L.O.L- 2” şousunun yeni yaz mövsümünün premyerası olacaq.
Əfsanə ilə reallıq arasındakı sərhədləri pozan fantastik hekayə gənc tamaşaçıları yenidən təəccübləndirəcək. Kreativ təşkilatçılardan ibarət komanda Sizləri fantaziya aləminə dəvət edir. Balaca tamaşaçıları maraqlı sürprizlər, aktyor oyunu, orijinal və parlaq rəqs nömrələri, teatral effektlər, heyrətamiz işıq tərtibatı, eksklüziv detallaşdırılmış kostyumlar və dekorasiyalar və möhtəşəm süjetlərlə dolu bir hekayə gözləyir.
Tamaşa 12.00 və 15.00-də oynanılacaq.