Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1670

Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib

Fevralın 5-də Rusiya Federasiyası Nijeqorod vilayətinin Nijni Novqorod şəhərində dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist əməyi qəhrəmanı və Lenin Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nijeqorod Vilayəti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Rostropoviç adına Nijni Novqorod Akademik Dövlət Filarmoniyasında keçirilən tədbirdə tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Olqa Domninanın ifasında bəstəkarın əsərləri səsləndirilib.

Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Olqa Domnina bildirib ki, proqram Q.Qarayevin 100 illik yubileyi çərçivəsində ifaçının “Yeddi gözəl – yeddi şəhərdə” layihəsi əsasında təşkil edilib. Qarayev yaradıcılığına sonsuz sevgisini diqqətə çatdıran fortepiano ifaçısı bəstəkarı Şərqin böyük oğlu adlandırıb. Qeyd edib ki, bəstəkarın əsərləri ona görə ifaçılar tərəfindən böyük sevgi ilə qarşılanır ki, bu musiqilərdə Şərqlə Qərbin qəribə bir vəhdəti hiss olunur: “Bu əsərlərdə Şostakoviç məktəbinin izləri və Şərq mədəniyyətinin çalarları bir arada böyük möhtəşəmlik yaradır. Hər bir əsərdə bəstəkarın dəsti-xətti, fərqli düşüncəsini duya bilirik”.

Nijni Novqorod Azərbaycanlıları Cəmiyyəti və Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixdə Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncamı imzaladığını bildirib. Vurğulayıb ki, dahi bəstəkarın yubileyi təkcə Azərbaycanda deyil, dünyanın azərbaycanlılar yaşadığı müxtəlif ölkə və şəhərlərində də qeyd olunur. 2018-ci il TÜRKSOY təşkilatı tərəfindən “Qara Qarayev ili” elan edilib. Bəstəkarın 100 illiyi həmçinin UNESCO-nun yubileylər proqramına daxil edilib.

Nijni Novqorod vilayətində Azərbaycan mədəniyyətinin təbliğ olunduğunu deyən V.Abbasov Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin şəhərdəki Opera və Balet Teatrının repertuarında olduğunu da diqqətə çatdırıb. “Azərbaycan Qara Qarayev kimi tanınmış sənətkarları ilə fəxr edir. Bu gün Qarayevin əsərləri dünyanın ən mötəbər səhnələrində səslənir, baletləri tamaşaya qoyulur”, - deyə o bildirib.

1100 nəfərlik zalda anşlaqla keçən yubiley gecəsində aparıcı Azərbaycanın görkəmli bəstəkarının yaradıcılığı, kamera əsərləri, simfonik əsərləri, baletlərindən danışaraq Qara Qarayevin Dmirti Şostakoviç, Georgi Sviridovla yaradıcılıq əlaqələrinin tarixi haqqında məlumat verib. Bildirilib ki, Şostakoviç sevimli və istedadlı tələbəsi Qarayevi böyük istedad sahibi kimi dəyərləndirib.

Daha sonra Olqa Domnina səhnəyə çıxaraq Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar, bəstəkarın “24 prelüd”dən 4-cü dəftər, həmçinin Dmitri Şostakoviçin seçilmiş prelüdlərindən 34-cü əsər, Fərəc Qarayevin “Fortepiano üçün 2-ci sonata”sını ifa edib. Konsert proqramı sürəkli alqışlarla qarşılanıb.

 

 

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!