Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə regionlarda hər bir bölgənin incəsənət ustalarının iştirakı ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin bədii özfəaliyyət kollektivləri Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Ana Yurdum”adlı konsert proqramı ilə çıxış etdilər.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin rejissoru S.Əliyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlamışdır. Çıxışdan sonra konsert proqramı təqdim olundu.
Tədbirdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Q.Quliyev adına XÇA ansamblının ifaçıları D.Mehdiyev, V Televiziya muğam müsabiqəsinin diplomantı S.Səmədov, M.Ağalarova, İ.Əhmədov, R.Sultanov, T.Abıyev, Ş.Ağayev, S.Baxşıyevin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Sonda A.İsgəndərov adına Xalq Teatrının rejissoru S.Əliyevin ifasında “Bu məmləkət sənsiz deyil, səninlədir” adlı kompozisiyadan “Prezidentim” adlı şeri səsləndirib.