Sabirabadda “Mübarizlər” Teatrının “Laçına məktub” adlı kompazisiya tamaşa nümayiş olunub
3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar Sabirabad və İmişli “ASAN xidmət” mərkəzlərinin könüllülərinin təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Laçına Məktub” adlı kompozisiya-tamaşası nümayiş olundu. Tədbir İmişli Regional “ASAN xidmət” mərkəzinin tamaşa zalında keçirilib.
Azərbaycanın Dövlət Müstəqilliyi və vətənpərvərlik mövzusunda olan kompozisiyanın quruluşçu rejissoru Azərbaycan Teatrlar Xadimləri İttifaqının üzvü, Ümumittifaq Teatrlar Festivalının laureatı, II Xalq Teatrları festivalının qalibi Seyidməmməd Əliyevdir. Tamaşada I Qrup əlil Rafiq Rzayev, II Qrup əlil Ramazan Şirəliyev, I Qrup əlil Xəyal Əliyev, tearın yarandığı vaxtlardan hazırladığı tamaşalarda rol alan, bu gün isə Sabirabad Regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Nicat Əliyev və həvəskar aktyor Vəfadar Cəfərov iştirak eidblər.
Sonda İmişli Regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov çıxış edərək ölkə rəhbərinin əlillərə göstərilən qayğıdan və tamaşanın mədəni əhəmiyyətinə görə Sabirabad Regional Mədəniyyət İdarəsinə və teatrın kollektivinə öz minnətdarlığını bildirdi.