Sağlamlıq imkanları məhdud uşaqlar üçün Qobustan qoruğunda Novruz şənliyi təşkil olunub
1699
19.03.2019
19.03.2019 10:16
Martın 18-də Qaradağ rayon Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin şagirdlərinə Qobustan Milli Tarix-Bədii Qoruğunda bayram şənliyi təşkil olunub. Qonaqları qarşılayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bayram münasibətilə onları təbrik edərək məktəblilərə xoş arzularını çatdırıb. Müəllim heyəti ilə birgə qoruğa dəvət olunan məktəbli qonaqlara qoruq ərazisinə ekskursiya təşkil olunub.
Şagirdlərə Qobustanın tarixi və mədəniyyəti, qayaüstü təsvirləri və muzeyi haqqında ətraflı məlumat verilib.