Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1500

Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumu başa çatıb

Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumu öz işini başa çatdırıb. Forum çərçivəsində şəhərin 167 məkanında 450 tədbir keçirilib.

Üç gün ərzində yüzlərlə görüş keçirilib, xeyli beynəlxalq saziş imzalanıb. Rusiya Prezidenti Vladimir Putin forumun açılışında qeyd edib ki, mədəniyyət forumunun xüsusi əhəmiyyəti incəsənətin sərhəd tanımağını göstərməyindədir. Rusiya Prezidenti deyib: “Siz heç bir tərcümə tələb etməyən incəsənətin dilində danışırsınız. Sizin istedadınız, qəlb genişliyiniz, peşəkarlığınız qurub-yaratmağa və xeyirxahlığa sövq edir, dünyamıza ruh yüksəkliyi bəxş edir, onu nəcibliklə və güclü mənəviyyatla zənginləşdirir. Təsadüfi deyildir ki, incəsənət xadimləri - rəssamlar, şairlər, aktyorlar, musiqiçilər cəmiyyətdə böyük nüfuz sahibidirlər”. Bütün aktual məsələlərin müzakirəsinə şərait yaratmağın əhəmiyyətini vurğulayan V.Putin fikrini belə tamamlayıb: “Bu məsələlər Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumunda da qaldırılıb. Əminəm ki, bu forumun iştirakçıları olan və mədəniyyət sahəsinin bütün palitrasını əks etdirən sizlər müasir dövrün qarşımıza qoyduğu məsələlərə həmin görüşlərdə layiqli cavablar tapa biləcəksiniz”.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun işi haqqında sözləri beynəlxalq dialoq üçün mədəniyyətin əhəmiyyətini bir daha təsdiq edib. Nazir deyib: “Biz görürük ki, forumumuz iştirakçıların və qonaqların sayına görə liderlər sırasındadır: 35 min iştirakçı, 1000 əcnəbi qonaq, yüzlərlə mədəniyyət və işgüzar tədbir. Bütün bunlar mədəniyyətə tələbatın olduğunu, onun hər bir sanksiya və maneəni asanlıqla dəf etdiyini göstərir”.

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu altıncı dəfə keçirilib, bu il Qazaxıstana və Yaponiyaya qonaq ölkələr statusu verilib.

Forumun Rusiyanın mədəniyyət paytaxtında keçirilməsini çox rəmzi hal sayan Azərbaycan nümayəndə heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov deyib: “Sankt-Peterburq sadəcə açıq səma altında çox gözəl muzeydir. Elə ilk təəssüratlarımız çox yüksəkdir. Forumun belə bir gözəl şəhərdə keçirilməsi onun bütün iştirakçılarını daha da ruhlandırır, onlara müsbət enerji bəxş edir. Məqsədimiz birdir - mədəniyyətə xidmət etmək. Hər kəs öz milli mədəniyyətinə xidmət edir. Hamımız birlikdə isə dünya mədəniyyətinə töhfə veririk. Müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin görüşməsinə şərait yaratdığına görə Rusiyaya təşəkkür edirik. Mən təkcə bu forumdan deyil, mədəniyyət, gənclər siyasəti və digər sahələrdə Rusiyada keçirilən başqa tədbirlərdən də danışıram. İnsanları bir araya gətirmək, onlara dinc yanaşı yaşamağı, inkişaf etməyi və yeni-yeni zirvələr fəth etməyi öyrətmək üçün bütün vasitələri işə salmaq lazımdır”.

Sankt-Peterburq Forumunun müasir cəmiyyət haqqında sorğuya real cavab olduğunu vurğulayan digər azərbaycanlı nümayəndə, tanınmış kinorejissor Ayaz Salayev deyib: “Buna bənzər başqa tədbirlər kimi, bu mədəniyyət forumu da elə bir dərin təşvişin qanunauyğun nəticəsidir ki, hazırda dünya ümumiyyətlə müasir mədəniyyətin vəziyyəti, bəşəriyyətin dünyaya münasibətinin ifadə olunması funksiyasını mədəniyyətin heç də həmişə öz üzərinə götürmədiyi xüsusunda bunu hiss edir. Bəşəriyyət özünün yaşadığı dövrə mədəniyyət vasitəsilə hökm verir. İndi onun yerinə ala-babatlıq gəlir, şəxsiyyət isə gedir. Mədəniyyət forumu ala-babatlığa, səthiliyə bir cavabdır. Nə yaxşı ki, onunla heç kəs barışmayıb və bu da çox gözəl haldır”.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu mühüm dövlətlərarası kommunikasiya vasitələrindən biridir. O deyib: “Mədəni dialoq sivil cəmiyyətdə münasibətlər qurmağın əsasıdır. Məsələn, tarixən Rusiya ilə Azərbaycan arasında çox mehriban dostluq münasibətləri yaranıb, o cümlədən mədəni mübadilə zəminində. Rusiyanın nə qədər mədəniyyət xadiminin – yazıçıların, şairlərin, musiqiçilərin və rəqqasların Qafqaz, xüsusilə Azərbaycan haqqında yeni əsərlər yaratmağa rahlandığını, bərəkətli Azərbaycan torpağının yetişdirdiyi nə qədər istedadlı insanın Rusiya mədəniyyətinə böyük təsir göstərdiyini bilirsinizmi? Bu dialoq əsrlərboyu davam edir, dövlətlərarası münasibətlər qurmaq üçün etibarlı zəmin yaradır. Mədəniyyət forumu belə əlaqələri yada salmaq, yeni əlaqələr qurmaq, bir-birini daha yaxından tanımaq və deməli, ölkələr arasında qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında qlobal münasibətlər qurmaq üçün gözəl imkandır”.

 

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel