21.06.2019 02:42
Bakı Uşaq Teatrı “Sehirli Tütək” tamaşası ilə çıxış edəcək. Sözügedən nağıl-tamaşanın nümayişi 22 iyul 2019-cu il tarixində saat 12:00-da Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.
Azərbaycan xalq nağılı əsasında İntiqam Soltanın quruluşunda hazırlanan və Maarif Məmmədovun ssenariləşdirdiyi tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Mehman Piriyev, İlhamə Əhmədova, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Nicat Əhmədov, Flora Hüseynova, Gülnar Məmmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Günay Pirizadə və Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimlidir.