“Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli musiqi alətləri” adlı skayp- görüş keçiriləcək
13 mart tarixində saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Ukrayna Milli Uşaq Kitabxanası ilə “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli musiqi alətləri” adlı skayp- görüş keçirəcək. Novruz bayramı ərəfəsində keçiriləcək tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq qurmaqla uşaqlara yeni dostlar qazandırmaq və hər iki ölkənin qədim musiqi alətləri haqqında məlumatlandırmaqdır. AMEA- nın Elmi Kitabxanasının salonunda baş tutacaq skayp görüşdə, Azərbaycan Avropa liseyinin 5- ci sinif şagirdləri ilə Ukrayna məktəbliləri arasında görüş nəzərdə tutulub. Həmin görüşdə, hər iki tərəfin uşaqları milli musiqi alətləri ilə tanış olacaq və onları maraqlandıran bütün suallara cavab tapmaqla yanaşı mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi etmək imkanı əldə edəcəklər. Hər iki tərəfdən, baş tutacaq skayp göruşdə, səfirliklərin nümayəndəsi, kitabxana əməkdaşları, musiqişünaslar, oxucular, Azərbaycan Avropa liseyinin şagirdləri, 7 və Georgi Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin tələbələri və.s qonaqlar iştirak edəcəklər.