Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1345

“Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli musiqi alətlərimiz” adlı skayp- görüş keçirildi

13 mart 2018-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Ukrayna Milli Uşaq Kitabxanası ilə “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli musiqi alətlərimiz” adlı skayp- görüş keçirdi.

Tədbir Azərbaycan MEA-nın Elmi Kitabxanasının Konfrans zalında keçirildi. Novruzun Yel çərşənbəsinə təsadüfən edən bu tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etməklə uşaqlara yeni dostlar qazandırmaq və hər iki ölkənin qədim musiqi alətləri haqqında oxucuları məlumatlandırmaq idi.

Skayp görüşdə, Azərbaycan Avropa liseyinin 5- ci sinif şagirdləri ilə Ukrayna məktəbliləri arasında səmimi görüş alındı. Həmin görüşdə, hər iki tərəfin uşaqları milli musiqi alətləri ilə tanış oldular və onları maraqlandıran bütün suallara cavab tapmaqla yanaşı mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi etmək imkanı əldə etdilər. Göruşdə Ukrayna səfirlikliyinin nümayəndəsi Aleksandr Sençenko, kitabxana əməkdaşları, musiqişünaslar, oxucular, Azərbaycan Avropa liseyinin şagirdləri, 7 və Georgi Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin tələbələri və.s qonaqlar iştirak edirdi. Musiqişünas Nüşabə xanım Quliyeva Ukrayna məktəblilərinə Azərbaycan milli musiqi alətləri və muğam haqqında ən maraqlı məlumatları verdi. Balabanda çalan balaca oxucumuz Emil Əliyev “Saqı gəlin” mahnısını ifa etdi. Üçlükdə isə xanəndə, 10-cu sinif şagirdi Asunda Səlimli, tar ustadı Elbrus Məmmədyarov, kamaçada Fərhad İbadlı muğamı tədbir iştirakçıları üçün ifa etdi.

Səfirliyin nümayəndəsi görüşə dəvət aldığına görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirmiş və ölkəmizdəki milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini və yetişməkdə olan gənc nəslin də bu ruhda böyüməsinin vacibliyini vurğulayaraq, yeniyetmə və gənclərə təhsillərində və yaradıcılıqlarında uğurlar arzulamışdır. Azərbaycan MEA-nın Elmi Kitabxanasının direktoru Leyla İmanova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxışlarında bildirdilər ki, həqiqətən də kitablar dostuq körpüsü kimi bizi birləşdirir, düşündürür, ən yaxın dost kimi biz daim onlardan öyrənirik. Belə görüşlər oxucularımızın dünyagörüşünü artırmaqla yanaşı, onlarda digər xalqların nümayəndələri ilə necə ünsiyyət qurmaq, sərbəst fikir yürütmək kimi bacarıqların aşılanmasına şərait yaradır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb