23 may 2018-ci il tarixində Siyəzən rayon MKS-nin Mərkəzi Kitabxanasında ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar X Kitab Bayramı keçirildi. Hər il ənənəvi olaraq keçirilən bu gözəl bayram tədbirində Sehirli Dünya uşaq jurnalının redaktoru Gülzar İbrahimova, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsindən nümayəndə olaraq Xalidə xanım, Siyəzən rayonunun yazarlarından Nəcməddin Mürvətov, Firdovsi Ələmoğlu, Günəş Hüseynov, rayon müəssisə və təşkilatlardan nümayəndələr, kitabxana filialları və məktəb və bağçalardan uşaqlar iştirak edirdi. Tədbirdə kitab sərgiləri, əl işlərindən ibarət sərgilər gələn tədbir iştirakçılarına təqdim olunmuşdur. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Şəfiqə Arzudovum açaraq tədbir iştirakçılarını X Kitab Bayramı münasibətilə təbrik etdi və qeyd etdi ki, hər il olduğu kimi bu Kitab Bayramı da ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunur.Tədbirdə 1,2,3,4 və 6 saylı məktəbin müəllim və şagird kollektivi, İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdləri, 2, 3 saylı bağçanın müəllim və uşaqları, Uşaq yaradıcılıq Mərkəzinin, Uşaq İncəsənət məktəbinin istedadlı uşaqları, Mədəniyyət Mərkəzinin "Pöhrə" rəqs qrupu yaxından iştirak edirdilər. Siyəzən rayon ziyalıları adından Nəcməddin Mürvətov çıxış edərək kitabların hər bit insanın həyatında boyük rol oynadığını qeyd etdi. Ümumilikdə tədbirdə 300-ə yaxın iştirakçı var idi.