Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2179

“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) keçiriləcək

“Kainat” Gənclik Mərkəzinin bu illər ərzində İslam Əmakdaşlıq Təşkilatının ən iri  qurumlarından biri olan ISESCO-nun  iştirakı ilə “İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək)  təşkil edir. Layihə bilavasitə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm Nazirliklərinin iştirakı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə artıq  7-ci dəfədir ki həyata keçirilir. Müsabiqənin coğrafiyası da ildən-ilə genişlənir.

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqənin bu ilki sayında Türkiyə,  Misir, Rusiya Federasiyası (Tatarstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair və Azərbaycanın gənc istedadları iştirak edib.  Xatırladaq ki, 2018-ci ilin aprel ayının 9-dan 13-nə kimi Bakıda təşkil olunan müsabiqə qaliblərin mükafatlandırılması və Qala Konsert ilə başa çatmışdır.

Məlumat üçün bildiririk ki, müsabiqəmizin işinə uğurlar arzulayan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bununla əlaqədar tədbirin ünvanına rəsmi təbrik məktubunu da göndərmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev bu şad xəbəri müsabiqə iştirakçılarına çatdırdı. Mədəni proqram çərçivəsində müsabiqə iştirakçıları üçün Heydər Əliyev Mərkəzinə, “Heydər” Məscidinə, Azərbaycan Dövlət Filarmoniyasına ekskursiyalar da təşkil edilmişdir. Əcnəbi yaradıcı gənclər üçün ən əlamətdar görüşlərdən biri də Qara Qarayevin adını daşıyan Mərkəzi İncəsənət məktəbində oldu.

Xaricdən gələn müsabiqə iştirakçıları öz həmyaşıdları ilə maraqlı görüşlərdə iştirak etməklə yanaşı, həm də ifaçılıq bacarıqlarını nümayiş etdirdilər. Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar Artisti Əziz Qarayusifli  və “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə belə görüşlərin əhəmiyyətini xüsusi vurğuladılar.

Müsabiqənin kiçik yaş qrupunun 3-cü yer mükafatçısı Ozodbek Ubaydullayev məktəbin müəllim və şagird heyəti üçün fortepianoda Q.Qarayevin bir neçə əsərini ifa etdi. Daha sonra azərbaycanlı uşaqlar da qonaqlar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış etdilər. Məktəblə yaxından tanış olan nümayəndə heyəti təhsil ocağının rəhbərliyinə xatirə hədiyyələrini təqdim edərək, bu görüşü mədəni əlaqələrin ən parlaq nümunəsi kimi dəyərləndirdilər. Sonda xatirə foto şəkili çəkildi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi