Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2949

İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə “Ədəbiyyata bağlı ömür yolu” adlı ədəbi gecə keçirilmişdir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 aprel 2019-cu il tarixdə Azərbaycanın xalq yazıçısı, publisist, pedaqoq, ədəbiyyatşünas  İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibəti ilə “Ədəbiyyata bağlı ömür yolu”  adlı ədəbi gecə keçirildi.

Tədbiri  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının  direktoru Oruc Quliyev açıb qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  28 yanvar 2019-cu il tarixdə  Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır. İsmayıl Şıxlı yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətləri ilə həmişə oxucuların maraq və tələbatına səbəb olmuşdur.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva  Ismayil Şıxlının bütün əsərlərində insanı uca tutmasından, böyük xarakterlər yaradıb xeyirin, ədalətin qələbəsinə çalışmasından, həyati mövzular yazaraq zamanın nəbzini tutmasından, günün mühüm məsələlərinə toxunmasından danışdı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Rüstəmzadə  İsmayıl Şıxlının ömrünün əlli ildən çoxunu pedaqoji fəaliyyətə həsr etməsi, əsl əqidə sahibi olması, Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətlər göstərməsi, əsərlərinin əsas mövzu və ideyası ətrafında çıxış etdi.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru,  filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbuoğlu çıxışına “Rus ədəbiyyatında Mixail Şoloxov zirvəsi vardırsa bizim ədəbiyyatda da İsmayıl  Şıxlı zirvəsi var” cümləsi ilə başladı.  İsmayıl Şıxlının ədəbi yaradıcılığından danışandan sonra  ədibin  haqqında yazdığı  resenziyanı oxudu.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuad ədbin “Dəli Kür” romanını əsl Azərbaycan mentalitetinin güzgüsü adlandırdı. “Dəli Kür” və “Ölən dünyam” əsərlərinin əsas ideyasını və yazıçının qələmə aldığı obrazların xarakterlərini açdı.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş eimi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yadigar Əsgərova çıxışında İsmayıl Şıxlının “Dəli Kür” romanının audio kitab halında çıxarmağı təklif etdi.

ADU-nun müəllimi, İsmayıl Şıxlının gəlini Reyhan Yusifqızı ədibin yaradıcılığına verilən qiymətdən danışandan sonra xatirələrini söylədi.

Jurnalist, rəssam, “Ayna”, “Zerkalo” qəzetlərinin məsul katibi, İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı “Dəli Kür” romanı əsasında filmin çəkiliş tarixindən, atasının sağlığında heç kimə göstərmədiyi pyesin ölümündən sonra  tamaşaya qoyulmasından, atası ilə bağlı xatirələrindən danışdı.

 Reyhan Yusifqızı və Fərrux Şıxlı tədbir iştirakçıları tərəfindən  İsmayıl Şıxlı yaradıcılığı ətrafında verilən çox sayda sualları cavablandırdılar.

Tədbirdə həmçinin,  Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edirdilər. 

Tədbir boyu İsmayıl Şıxlıya həsr olunmuş video çarx nümayiş olundu. “Dəli Kür” əsərinin motivləri əsasında çəkilən filmdən fraqmentlər göstərildi.

Ədəbi gecənin sonunda “Yazıçı, ədəbiyyatşünas, publisist İsmayıl Şixlı-100“  adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi