İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Oxu bayramı” keçirilmişdir.
Tədbir zamanı İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-in müxtəlif mövzularda təşkil etdiyi kitab sərgisi, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin filiallarının əl işlərindən ibarət sərgiləri, Heydər Əliyev Mərkəzinin hazırladıqları kitab və rəsm sərgisi, eləcə də İsmayıllı Dövlət Rəsm Qalareyasının rəsm əsərləri nümayiş etdirilmişdir. İsmayıllı şəhər F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin tələbələrinin ulu öndərə həsr olunmuş proqramla çıxışları və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Niyal" instrumental ansamblının konserti tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Tədbirdə İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Qobustan rayonlarında keçirilən mütaliə ənənələrinin təbliğ edilməsi məqsədilə keçirilən müsabiqənin qalibləri diplomlarla təltif olunmuşdur.