“Soyqırımı Memorial Kompleksi”ndə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
778
20.01.2020
20.01.2020 12:10
Yanvarın 18-də Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Faciənin otuzuncu ildönümü ilə ələqədar kitab sərgisi təşkil edilib.
“Tarixi filmlər” layihəsi çərçivəsində “Qanlı Yanvar” bədii filmi nümayiş olunub.Həmçinin ziyarətçilərə 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verilib, faciə ilə bağlı fotoşəkillər və videoçarxlar nümayiş etdirilib.
Anım tədbirləri yanvarın 20-dək davam edəcək.