Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1726

SSRİ Xalq artisti Bülbülün xatirəsi yad olundu

Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günüdür. Böyük sənətkarın vəfatından 57 il ötür.

Həmin gün mədəniyyət naziri Əbülfəs Qarayev,  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçıları Anar, Elçin, mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək dahi sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etdilər.

Sənətkarın oğlu, tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə anım mərasiminə gələnlərə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Azərbaycan dövləti Bülbül sənətinə hər zaman yüksək qiymət verib, sənətkarın xatirəsi əbədiləşdirilib, Bakıda abidəsi ucaldılıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görkəmli sənətkarın sənət yoluna nəzər saldı. Bildirdi ki, Bülbül öz bənzərsiz yaradıcılığı ilə musiqimizin daha da zənginləşməsinə böyük töhfələr verib: “Onun yaradıcılığı, ifaçılıq sənəti dünyanın müxtəlif ölkələrində sevilərək dinlənilib. Bülbül böyük vətənpərvər idi. O, Azərbaycanı, Qarabağı, Şuşanı böyük məhəbbətlə sevirdi. Onun obrazı gözümüzün qarşısında bir qəhrəman kimi canlanır, səhnədə yaratdığı əfsanəvi qəhrəman Koroğlunu xatırladır”.

Nazir qeyd etdi ki, Azərbaycan professional musiqi sənətinin inkişafında böyük xidmətlər göstərmiş Bülbülün xatirəsi bundan sonra da xalqımız tərəfindən daim əziz tutulacaq, hörmətlə yad olunacaq.

Mərasimdə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Bülbüllə bağlı xatirələrini bölüşdü. Onun yüksək sənətkarlıq məharətindən danışaraq Azərbaycan musiqi sənətində əvəzsiz şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırdı.

Qeyd edək ki, SSRİ Xalq artisti Bülbül 1897-ci il 22 iyun tarixində Şuşada anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz", "Sevgili canan" - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, "Əsli və Kərəm") baş partiyaların unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci il 26 sentyabr tarixində vəfat edib. 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi