Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1918

SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayev ilə yaradıcı görüş keçiriləcək

24 sentyabr saat 16.00-da “Xəzər” Universitetinin Fikrət Əmirov adına konfrans-konsert salonunda (ünvan: Bəşir Səfəroğlu küç. 122) SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayev ilə yaradıcı görüş təşkil olunacaqdır.

Tədbirdə bəstəkar Murad Kajlayevin sənət dostları Xalq artistləri Rauf Babayev, Tofiq Bakıxanov, Natəvan Şeyxova, “Xəzər” Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, Əməkdar incəsənət xadimləri Rafiq Seyidzadə, Sərdar Fərəcov, Telman Hacıyev və başqaları çıxış edəcəklər.

Tədbirin bədii hissəsində Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə “Xəzər” Universitetinin kamera orkestri (bədii rəhbər Zülfiyyə Sadıqova), solistlər Səbinə Vahabzadə (vokalçı), Culiya Behbudova (vokalçı), İsrafil Rəsulov (truba ifaçısı), Səidə Tağızadə (pianoçu) və Azər Dəmirov (violin ifaçısı, ABŞ) maraqlı musiqi nömrələrini tədbir iştirakçılarına təqdim edəcəklər.

Murad Kajlayev Dağıstan musiqisinin banilərindən biridir. Bəstəkarın yaradıcılığı vətəninin musiqisi, tarixi, zəngin folkloru ilə ayrılmaz surətdə bağlıdır. O, 1931-ci ildə Bakıda anadan olmuşdur. Musiqi istedadı üzə çıxdıqdan sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşdur. Artıq 12 yaşında Böyük Vətən Müharibəsi illərində hospitallarda yaralı əsgərlər qarşısında ilk əsəri ilə fortepianoda çıxış etmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə (professor B.İ.Zeydmanın sinfi) bitirmişdir. Eyni zamanda dirijorluq ixtisası üzrə ilk təcrübəsini Niyazidən almışdır. Təhsil aldığı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş və əsərləri konsert proqramlarında ifa olunmağa başlamışdır. Murad Kajlayev 68 il bəstəkarlıq fəaliyyətinə malik ictimai xadimdir. Onun əsərləri dünyanın bir çox ölkələrində səslənir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib